
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərindən olan azərbaycanlı fəallar diqqəti qurumaqda olan Urmiya gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə yönəltmək üçün yeni aksiyalar keçiriblər.
Avqustun 6-da müxtəlif bölgələrdə keçirilən aksiyalar zamanı Təbrizin ictimai yerlərində ekoloji problemi və azərbaycanlıların istəklərini əks etdirən plakatlar asılıb, posterlər yayılıb.
Urmu gölünün fotosu əks olunan plakatların üzərində ingilis dilində “Urmu gölünü xilas edin!”, “fars rasizminə yox!” və “Ədalət, Azadlıq, Milli hökumət!” şüarları yazılıb.
Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.
Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.
Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi