Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin qorxusundan vəkillər Fərid Səfərlini müdafiə edə bilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi Fəridə qarşı irəli sürülmüş yeni ittihamı şərh edərkən deyib ki, Fərid Səfərlinin cinayət işini hüquqi deyil, siyasi proses olaraq dəyərləndirirəm və qınayıram.

Onun sözlərinə görə, yeni ittiham əvvəlkinə nisbətən daha yüngül hesab olunur:

“Fərid Səfərlinin ittihamının dəyişdirilməsi onun xeyrinədir. Əvvəlki casusluq ittihamına görə azərbaycanlı gəncin cəzası 2 ildən 10 ilə qədər ola bilərdi. Casusluq niyyəti ittihamı sübut olunarsa, ona 1 ildən 5 ilədək cəza tətbiq olunma ehtimalı var”.

Tanınmış hüquqşünas Fərid Səfərlinin hələ də vəkillə təmin olunmamasına da münasibət bildirib:

“Vəkil məsələsi qəlizdir. Hazırda Tehranın Evin həbsxanasında saxlanılan tələbənin vəkillə təmin olunmamasının səbəbləri aydındır. Bəzi vəkillər qorxub çəkinir deyə bu məsələ belə qalıb”.

Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da Fəridlə bağlı bu ölkəyə nota verib.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …