Bazar , Noyabr 15 2026
azfa

Təbrizli rəssam dünyasını dəyişib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış təbrizli rəssam Mürtəza Şərifi uzun sürən xəstəlikdən sonra avqustun 9-da həyatını itirib.

1939-cu ildə Təbriz şəhərində anadan olan Mürtəza Şərifi 30 ildən çox rəsm müəllimi kimi fəaliyyət göstərib. O, Şərqi Azərbaycan əyalətinin təsviri incəsənət dərnəyinin təsis şurasının, bir çox təsviri incəsənət festivallarının münsiflər heyətinin üzvü olub.

Təbrizli rəssam 1980-1990-cı illərdə Şərqi Azərbaycan incəsənət sahəsinin təsviri sənət bölməsinə rəhbərlik edib.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …