Cümə , Noyabr 27 2026
azfa

Güney Azərbaycanın Bicar şəhərində qadın fəal həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,

Güney Azərbaycanın Bicar şəhərindən olan Ziba Qılıçxani şəhər Prokuroruluğuna çağırıldıqdan sonra həbs edilib.

 Həbsedilən qadın fəal daha sonra Sənəndəc şəhərində İstintaq Mərkəzinə köçürülüb.

Həmin xanım fəal “sosial mediada tənqidi rəylər yazaraq rejim əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Qeyd edək ki, Ziba Qılıçxani keçən il etirazlara qatıldığına görə artıq bir dəfə həbs olunmuşdu. O, daha sonra 2 milyard tümən girov qarşılığında zaminə azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …

İran rejiminin etirazçıların yatırılmasında istifadə etdiyi qüvvə olan Bəsic bir milyon nəfərə hərbi təlim keçir

GADTB: Etirazçıların küçələrdə yatırılmasında rol oynayan Bəsic qüvvələri İranın müxtəlif bölgələrində bir milyon nəfərə hərbi …