Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Şəbistər bölgəsindən olan azərbaycanlı körpəyə valideynlərinin Hunay adı semdikləri üçün molla rejimi doğum haqqında şəhadətnamə vermir.

Hunayın atası Murtəza Nurməhəmmədzadə özünün sosial media hesabında bununla bağlı paylaşım edərək yazıb ki, Sofyan şəhərində İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi doğum haqqında şəhadətnamə verməkdən imtina edib və bunu həmin türk adının guya yabancı ad olması ilə əlaqələndirib.

İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bildirib ki, Hunay adı İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edilir və bu adla sənəd tərtib etmək mümkün deyil.

Qeyd edək ki, İranın Vətəndaş Qeydiyyatı İdarəsi türk adlarına doğum şəhadətnaməsi verməkdən çəkinir. Bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildirmişdilər.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …