Molla rejimin həbs etdiyi fəalıTəbrizdə zindana köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universtetinin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi və azərbaycanlı fəal Armita Pavir Təbriz həbsxanasının qadınlar bölməsinə köçürülüb.

Azərbaycanlı fəal keçən il etirazları zamanı 31 oktyabr 2022-ci ildə həbs edilib və 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Bundan əvvəl “hökumətə qarşı təbliğat”da ittiham edilən Armita Pavir  28 iyun 2023-də Bianb şəhərinin prokurorluğana çağrılaraq, barəsində “ictimai asayişi və intizamı pozmaq” ittihamınında irəli sürüldüyü bildirilib.

Sentyabrın 2-də isə təhlükəsizlik məmurları onu saxlayaraq bir neçə saatlığına dindirdikdən sonra sərbəst buraxımışdılar.

Tələbə hərəkatı fəalı bundan əvvəl 2020-ci il yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən SEPAH-ın Ukrayna təyyarısini vurmasına etiraz etdiyi üçün 1 il müddətinə təhsilinə qadağa qoyulmuşdur.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …