Bazar , Sentyabr 20 2026
azfa

Naxçıvanda Azərbaycanla Türkiyə arasında sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycan Prezidentinin mətbuat xidməti bildirir ki, sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb.

Qeyd ed\k ki, sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyə və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …