Bazar , Sentyabr 20 2026
azfa

GADTB-nin erməni terrorçu və cinayətkarlarının tutulması münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun 24 saat müddətinə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində saxladığı erməni terrorçulara qarşı anti-terror tədbirlərindən sonra erməni terrorçu və cinayətkarlarının Azərbaycan ərazisindən qaçmağa çalışmasına səbəb olmuşdur. Nəticədə Azərbaycan millətinə qarşı dəhşətli cinayətlər törətmiş erməni terrorçular bir-bir tutulurlar. Bu da həmin şəxslərin cinayətlərinin qurbanına çevrilmiş şəxslərin ailələri ilə yanaşı bütün Azərbaycan milləti və haqq-ədalət tərəfdarı olan insanların sevincinə səbəb olub.

Son günlər Rubert Vardanyanın və onun ardınca Xocalı soyqırımının cəlladlarından olan Vitali Balasanyanın tutulması bütün azərbaycanlıların sevincinə səbəb olub.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu möhtəşəm uğur və haqq-ədalətin öz yerinə tapması münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan dövləti və millətini, eləcə də Dünya türklərini ürəkdən təbrik edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …