Bazar , Noyabr 15 2026
azfa

Azərbaycan Bayrağı Nyu Yorkda qaldırıldı

GADTB: 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı növbəti dəfə Nyu Yorkun simvolu və maliyyə mərkəzi hesab olunan “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

Mərasim turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində, Azərbaycan-Nyu York Assosiasiyasının üzvlərinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Nyu Yorkda yaşayan həmvətənlərimiz, Nyu York meriyasının təmsilçiləri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.

Üçrəngli bayrağımızı Azərbaycan dövlət himinin sədaları altında Nyu York səmasına qaldırılıb. Ölkəmizin bayrağı ABŞ bayrağı ilə birlikdə səmada dalğalanıb.

Bölgəni ziyarət edən turistlər bağrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” park bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək. Oktyabr ayının 27-də meydandakı Azərbaycan bayrağı Türkiyə Respublikasının 100 illiyi münasibəti ilə türk bayrağı ilə əvəz olunacaq.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …