Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı milli fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı milli fəalı həbs edib.

Ərdəbildə yaşayan azərbaycanlı milli fəal Nasir Rəzmcunun yaxınlarının verdiyi məlumata görə, dünən gecə saat 22:30 radələrində molla rejimin mülki geyimli məmurları orderlə azərbaycanlı fəalın evinə basqın edərək onu həbs ediblər.

Azərbaycanlı fəal tutulandan bir neçə saatdan sonra telefonla Təbrizdə rejimin ETTELAAT İdarəsinə köçürülməsi barədə məlumat verib.

Hələlik azərbaycanlı fəalın həbsinin səbəbi barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …