Azərbaycanda milli xalçaçılıq sənəti barədə tədbir keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 5-də Azərbaycan Respublikasının “NUR Art House” qalereyasında “Xalçaçı günü”nə həsr olunmuş “Nənəmin cəhrəsi, babamın dəhrəsi – bizi qoru” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanın ən qədim dekorativ-tətbiqi sənət növlərindən olan xalçaçılığın qorunması və sonrakı nəsillərə ötürülməsinin əhəmiyyətindən söhbət açılıb. Azərbaycanın bütün dünyada öz xalçaları ilə tanındığı bildirilib.

Qeyd olunub ki, Azərbaycan dövləti xalçaçılıq sənətinin inkişafına böyük diqqət ayırır. Belə ki, 2016-cı il noyabrın 25-də prezident İlham Əliyev “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi barədə Sərəncam imzalayıb.

Sonra tədbirin qonaqları Azərbaycan xalçasına həsr edilmiş əl işləri ilə tanış olublar.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Bir cavab yazın