Bazar , Sentyabr 20 2026
azfa

Güney Azərbaycan şəhərlərində Zəfər Günü müxtəlif tədbirlərlə qeyd edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın əksər şəhərləri, o cümlədən  Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Qoşaçay və s. şəhərlərində müxtəlif tədbirlərlə Zəfər Günü qeyd edilib.

Əksər şəhərlərdə 8 noyabr Zəfər günü ilə bağlı posterlər çap edilərək divarlara yapışdırılıb və ya paylanılıb.

Posterlərdə Azərbaycan bayrağı və Dəmir Yumuruq heykəli təsvir olunub.

Güney Azərbaycan şəhərlərində yayılan və divarlara yapışdırılan posterlərdə “Zəfər bayramınız qutlu olsun, Qarabağ Azərbaycandır” və s. şüarlar yazılıb.

Təbrizdə azərbaycanlı fəalların çap edib divarlara yapışdırdığı posterlərin üzərində “Zəfər bayramınız qutlu olsun!”, “Qarabağ Azərbaycandır!”, “Aandır arzulara hər zamana Qarabağ, Danışar dil-dodağın tar, kaman Qarbağ, Qarabağ can Qarabaq ana yurdum”, “Yolumuz Qurtuluşdur” və “Azadlıq, Ədalət, Milli Hökumət” və s. ş yazılıb.

Azərbaycanlı fəallar Güney Azərbaycanda beləliklə Azərbaycanın Zəfər Gününü qeyd ediblər.

Həmçinin noyabrın 7-dən 8-ə keçən gecə Zəfər Günü ilə bağlı Urmiya şəhərində atəşfəşanlıq olub. Molla rejimi dünən bir neçə azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …

Molla rejmi Talqan-2 obyektində beton örtük və bərpa işləri aparır

GADTB: “Fox News” yeni peyk görüntülərinə və Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutunun hesabatına istinadən bildirib …