Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Türkiyədən ABŞ-ın F-35 qırıcıları açıqlamasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ F-35 qırıcılarının Türkiyəyə tədarükünü dayandıracağı halda, rəsmi Ankara dərhal cavab tədbirləri görəcək. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” televiziyasına müsahibəsi zamanı deyib.

XİN rəhbəri gələn həftə ABŞ-a səfəri çərçivəsində bu məsələnin müzakirə ediləcəyini və F-35-lərin satışının ləğv edilməsinin qəbuledilməz olduğunu bildirib.

Xatırladaq ki, Ağ Ev Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasının F-35 qırıcılarının Ankaraya satışına təsir göstərə biləcəyini açıqlamışdı.

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın