Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi Təbrizdə Azərbaycana qarşı tədbir keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin şovinist daiələri ilə Təbrizdə Azərbaycana qarşı tədbir keçirib.

Azərbaycan əleyhinə qərəzli yazıları və çıxışları ilə tanınan molla rejimin yetişdirdiyi siyasi analitik Şüeyb Bəhmən dünən Təbrizdə İranın anti-Azərbaycan ekspertləri və dairələrinin iştirakı ilə baş tutan seminarla bağlı post və fotolar paylaşıb.

O həmin paylaşımda yazıb: “Təbriz Universitetində Qafqaz, Anadolu və Mərkəzi Asiya Strateji Araşdırmalar Mərkəzinin ev sahibliyi ilə Qafqaz və Avrasiya üzrə milli beyin mərkəzlərinin seminarı keçirilib.

Tədbirə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar ofisi, “Müasir Dünya “Araşdırmaları İnstitutu, İran Radio-Televiziyasının Tətbiqi Araşdırmalar Mərkəzi, “Əllamə Təbatəbai” Universiteti, Azər Aran İnstitutu, İran-Ermənistan Dostluq Dərnəyinin rəhbərləri və nümayəndələri, eləcə də Şərqi Azərbaycan əyalətinin Mədəniyyət Baş İdarəsinin rəisi və Təbriz Universitetinin rektoru qatılıb”.

Qeyd edək ki, irqçi fars-molla rejimin əsasən Azərbaycana qarşı tədbirləri Güney Azərbaycanda təşkil etməklə öz fikrincə Güney Azərbaycanla Azərbaycan Respublikası arasında ixtilaf yaratmağa çalışır.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …