Çərşənbə , Sentyabr 9 2026
azfa

Təbrizdə azərbaycanlı yazıçı vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı yazıçı Əli Cəngcuy Xalitabai vəfat edib.

Azərbaycanlı yazıçının uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Məşhur yazıçı və ziyalı Əli Cəngcuy Xalitabadi Güeny Azərbaycanda türk dili və mədəniyyəti sahəsində qabaqcıllarından olub. O, əvvəllər Eldar dərgisinin müdiri və Dilmac dərgisinin baş redaktoru çalışıb.

Cənab Xalitabadi 1978-ci ildə İran İnqilabından sonra tarixşünas alim Dr. Məhəmmədtağı Zehtabi, Həsən Azərbaycan ləqəbi ilə tanınan Həsən Dəmirçi və tədqiqatçı mühəndis Yaqub Təqəvi ilə birlikdə Azərbaycan Mədəniyyət Ocağını təsis ediblər.

Ruhu şad olsun!

Başın sağ olsun Azərbaycan!

Həmçinin yoxlayın

SEPAH: “İki ABŞ gəmisinə, səkkiz neft tankerinə və 10 gəmiyə hücum etmişik”

GADTB: Terrorçu SEPAH çərşənbə günü səhər saatlarında yaydığı bəyanatda iddia edib ki, ABŞ-ın Fars körfəzində …

CENTCOM: İrana məxsus beş neft tankeri ABŞ hərbi gəmisinə iki uğursuz raket hücumundan sonra məhv edilib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri sentyabrın 8-də, son iki gün ərzində …