Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Azərbaycanın “Traxtur” klubunu milli şüarlara görə cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın “Traxtur” Futbol Klubunu tərəfdarların milli şüarlar səsləndirməsinə görə 100 miyon tümən cərimə edib.

Traxtur klubun sosial media hesabının yaydığı məlumata görə, İntizam Komitəsinin məktubunda bildirilib ki, “Traxtur”  komandasının tərəfdarları noyabrın 25-də Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə idmana aidiyyatı olmayan qeyri-etik şüarlar səsləndiriblər.

Qeyd edək ki, Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə azərbaycanlı tərəfdarlar “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” və s. milli şüarlar səsləndiriblər. Burada isə heç bir qeyri-etik şüarlar səsləndirilməyib. İran Futbol Fedetasiyası Azərbaycan dilində səsləndirilən şüarları qeyri-etik hesab edib. Lakin farslar İstiqlal, Piruzi və s. komandalarının yarışında tamamilə qeyri-etik şüarlar səsləndirilər və rejimin Futbol Federasiyasının İntizam Komitəsi həmin komandaları cərimələmir.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …