Bazar , Noyabr 15 2026
azfa

Azərbaycanlı məhbus fəalların övladları: “Səsimizə səs verin!”

GADTB: irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəallar Cavad Sudbər və Əli Babayinin ailələri hər bir azərbaycanlını onların və azərbaycanlı fəalların azadlığa çıxmasına dəstək olmaha çağırıblar.

Əli Babayinin oğlu Ərsan, Çillə gecəsi bayramından paylaşdığı videoda bayram münasibətilə Azərbaycan millətini təbrik edərək, atasının sağlıq durumu haqda xəbərsiz olduğunu deyib: “Artıq yüz gündür ki, atamın səsini eşitmirəm, özünü də görməyə imkan verilmir. Atamın səhhətindən narahatam. Onlar ailəmizə basqı edir və səsimizi boğmaq istəyirlər. Azərbaycan xalqı, səsimizə səs olun!”.

Cavad Sudbərin qızı Tarla da Çillə gecəsi masasında əlində #Cavad-Sudbər (جواد-سودبر#) haştağını tutaraq  atasına xitabən deyib: “Bu Çillə yanımızda olmasan da, hər an fikrimizdəsən. Sən bizim qəhrəmanımızsan! Azərbaycan xalqı, səsimizə səs olun!”.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı fəallar Əli Babayi və Cavad Sudbəri 100 gündən, Yürüş Mehrəlibəyilini isə 45 gündür həbs edib. Onlar hələ də qeyri-müəyyən vəziyyətdə Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlanılırlar.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …