Bazar , Sentyabr 20 2026
azfa

Bir qrup azərbaycanlı fəal Quşaçay şəhərində Cavad Sudbərlə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dünən azərbaycan milli fəal Cavad Südbərin Qoşaçan şəhərindəki (Miandavab) ata evinə gedərək, onunla görüş keçiriblər.

Həmin görüşdə Təbriz şəhərində rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilib, daha sonra zaminə buraxılan Qoşaçaydan olan digər azərbaycanlı milli fəal Hüseyn Azadi də iştirak edib.

Qeyd edək ki, Cavad Südbər Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında 100 gündən çox saxlandıqdan sonra sorğu-sual prosesi başa çatdıqdan sonra son günlər Əli Babayi ilə birlikdə zaminə buraxıldı.

Əli Babayi, Cavad Sudbər və digər milli fəallar cənab Davud Şiri, Araz İbrahimnejad, Seyid Mühəmmədrza Müvəhhid, Murtəza Nurməhəmmədi Nadarlı, Mehrdad Qadiri, Hossein Azadi və Hamed Yeganepour, Əmirhüseyn Ağayi, İbrahim Əvəzzadə, Nasir Rəzmcu uzun müddətdən sonra zaminə buraxılıblar. Cənab Yürüş Mehrəlibəyli hələ də ETTELAAT İdarəsinin təcridxanasında həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …