Molla rejimi azərbaycanlı milli fəallara qarşı cıxardığı qərarı təsdiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin azərbaycanlı milli fəallara qarşı cıxardığı qərarı təsdiq edib.

Şərqi Azərbaycanda yerləşən molla rejimin Apellyasiya Məhkəməsi Təbrizdən olan azərbaycanlı milli fəallar Yunis Quluzadə və İbrahim Asimani barədə ilkin məhkəmənin çıxardığı hökmü təsdiq edib.

Rejimin məhkəməsinin çıxardığı qərara görə azərbaycanlı milli fəallar həbs və şallaq cəzası əvəzinə 22 milyon tümən cərimə ödəməlidirlər.

Molla rejimin milli-mədəni fəaliyyətlərinə görə İbrahim Asimani və Yunis Quluzadəni “Ümumi intizam və asayişi pozmaq”da günahlandırıb.

Qeyd edək ki, Azərbaycanlı fəallar 6 iyul 2022-ci ildə Urmiya gölünün qurudulmasına etiraz olaraq keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə, başqa milli fəallarla birlikdə həbs edilmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …