GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda dövlətin təzyiqlərinə baxmayaraq əhalinin çoxu övladlarına Ayxan, Araz, Aylin, Orxan, Selin və s. belə türk adları seçir.
Güney Azərbaycanda insanların öz milli kimliyinə qayıdışının yüksəlməsi və İran hökumətinin türklərin yaşadığı şəhərlərdə yeni doğulan uşaqlara türk adlarının seçilməsinə ciddi maneələr törətməsinə baxmayaraq, onlar türk adı verdikləri övladları üçün uzun müddət doğum şəhadətnaməsi almaq üçün mübarizə aparmalı olsalar da, sonda öz məqsədlərinə çatırlar.
Bunun nəticəsində artıq Güney Azərbaycanda məşhur adların çoxu türk adlarıdır. Belə ki, ötən il Ayxan, Əli, Əmirəli, Əbülfəzl, Əlisan, Araz, Məhəmməd, Elvin, Orxan və Mehdi adları oğlan uşaqları üçün seçilən ən çox adlar sırasında olub.
Həmçinin Zəhra, Nəfəs, Fatimə, Mahlin, Aylin, Nura, Selin, Anya və Həlimə adları da qızlara ən çox verilən adlar sırasında olub.