Bazar , Sentyabr 20 2026
azfa

Kirman partlayışlarına görə iki nəfər kürd həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Bazərqan və Makı şəhərlərində iki nəfər kürd həbs edilib. Onların yanvarın 3-də Kirmanda baş verən partlayışlara görə saxlanıldıqları bildirilir.

Bazərqanın Şəhər Şurasının üzvü İbrahim Ədhəmi və Kişmiştəpənin Kənd Şurasının üzvü Münir Şayistə saxlanılaraq Tehrana aparılıblar.

Milliyyətcə kürd olan hər iki şəxsin Tacikistandan olan terrorçuları öz evlərində gizlədərək İraqa keçirməyə cəhd etdikləri iddia edilib.

Yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …