Cümə axşamı , İyul 30 2026
azfa

Qaraqışlaq kəndinin sakinləri bu gün də etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində yerləşən Qaraqışlaq kəndinin əhalisi bu gün də etiraz aksiyası keçiriblər.

Qaraqışlaq kənd əhalisi bu kəndin torpaqlarında duz zavodunun tikintisinə etiraz edib. Aksiyaya səbəb müəssisənin yaradılmasından sonra kənd təsərrüfatı torpaqlarının əkin üçün yararsız hala düşmə ehtimalının yüksək olmasıdır. Lakin molla rejimin qüvvələri vəhşicəsində hücum edib və etiraz aksiyasını dağıtmağa cəhd ediblər.

Şahidlərin bildirdiklərinə görə, İran rejiminin polis qüvvələri bir neçə kənd sakinini həbs edib, zorakılıq və hədə-qorxu ilə etirazçıları dağıtmağa çalışıb.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …