Bazar , Avqust 23 2026
azfa

Molla rejimi həbs etdiyi tanınmış azərbaycanlı fəalın saçını təzyiq məqsədilə qırxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi tanınmış azərbaycanlı fəalın saçını təzyiq məqsədilə qırxıb.

Yanvarın 15-də həbsdə olan tanınmış azərbaycanlı fəal və jurnalist İbrahim Rəşidini aşağılamaq və ona qarşı təzyiq məqsədilə fəalın saçını qırxıblar.

Məlumata görə, etirazçıları sıxışdırmaq və onlara psixoloji təzyiqi artırmaqdan ötrü açıq şəkildə edilən bu davranış İran hökumətinin qanunlarında belə qadağandır.

Qeyd edək ki, İranın Cəzaçəkmə Təşkilatının Nizamnaməsinin 134-cü maddəsinə əsasən, “məhbusun razılığı olmadan saçını və üzünün tükünü normal həddən artıq qırxmaq qadağandır”.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …