GADTB: Türkiyədə yeni torpeda və raket sistemlərinin kütləvi istehsalı müqavilələri imzalanıb.
Ağır torpeda “AKYA”, qanadlı raket “ATMACA” və hava hücumundan müdafiə raketi “SAPAN” Türk Silahlı Qüvvələrinin “Göy Vətən”də qüdrətini gücləndirəcək.
İmzalanma mərasimində çıxış edən Milli Müdafiə naziri Yaşar Gülər “Güclü dəniz qüvvələri seçim deyil, zərurətdir” deyib.
Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin təşəbbüsü ilə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarını qarşılamaq məqsədi ilə Dəniz Torpeda və Raket Sistemləri İmza Mərasimi keçirilib. Mərasim; Müdafiə Sənayesi Rəyasət Heyətində Milli Müdafiə başqanı Yaşar Gülər, Müdafiə Sənayesi Başçısı Haluk Görgün, Hərbi Dəniz Qüvvələri Komandanı Admiral Ərcüment Tatlıoğlu və sektor nümayəndələrinin iştirakı ilə keçirilib.
Nazir Gülər Türkiyənin indi texnoloji infrastrukturu, istehsal gücü və mühəndislik imkanları ilə kritik texnologiyaların istehsal bazası olduğunu bildirib.
Müdafiə Sənayesi başqanı Haluk Görgün ağır torpedo “AKYA”, qanadlı raket “ATMACA” və hava hücumundan müdafiə raketi “SAPAN” silah sistemlərinin təkcə Türkiyə üçün deyil, həm də müttəfiq və dost ölkələr üçün əhəmiyyətli olduğunu bildirib.