Bazar ertəsi , Noyabr 16 2026
azfa

Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya çatdı

GADTB: Türkiyenin ilk astronavtı Alper Gezeravcı və komandasını kosmosa daşıyan ”Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdı.

Bu barədə ”SpaceX”in rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

Təxminən 36 saatlıq kosmos səyahətindən sonra Alper Gezeravcının da aralarında olduğu Ax-3 komandası Türkiye vaxtı ilə saat 13.42-də Beynəlxalq Kosmik Stansiyaya çatdı.

Beynəlxalq Kosmik Stansiyasında olan və missiyaları 27 sentyabr 2023-cü ildə başlayan ”Expedition 70” komandasının  astronavtları və kosmonavtları Ax-3 komandasını qarşıladı.

Qeyd edək ki,Alper Gezeravcı 14 gün ərzində Beynəlxalq Kosmik Stansiyada 13 fərqli elmi təcrübə həyata keçirəcək. A.Gezervcı vaxtaşırı kosmos bazasından dünyaya müraciət edəcək  və kosmosdakı təcrübələrini paylaşacaq.

Missiya başa çatdıqdan sonra astronavtlar Dragon kapsulu ilə stansiyanı tərk edəcəklər.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …