Bazar ertəsi , Noyabr 16 2026
azfa

“Axiom Space” şirkəti Alper Gezeravcı ilə canlı bağlantı qurub

GADTB: “Axiom Space” şirkəti Beynəlxalq Kosmik Stansiyada Türkiyenin astronavtı Alper Gezeravcı ilə canlı bağlantı ilə görüş keçirib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatındakı “Axiom” inkişaf obyektindən orbital laboratoriyadakı astronavtlarla canlı ünsiyyət saxlayan Sonya Qavankar MaykKay “Ax-3” komandiri Mişel Lopez Alegria və kosmik gəmisi üzrə mütəxəssisi Alper Gezeravcı ilə söhbət edib.

MaykKay Alper Gezeravcıya “Qanadsız uçmaq necə hissdir?” sualını verib.

Gezeravcı ” Qanadlara ehtiyac duymadan və hər hansı məhdudiyyət olmadan bütün məkanı bütün ölçülərdə istifadə edə bilmək və dördüncü ölçüdən xəbərdar olmaq inanılmazdır” deyə cavab verib.

Gezeravcı “Yer kürəsini ilk gördüyünüz yer harada idi? sualına isə

“Xoşbəxtlikdən bu, İndoneziya idi. Okeanda bəzi adalar var idi. Çox gözəl idilər. Onlar bu gözəl okeanın ortasında parlayırdılar. Ətrafa səpələnmiş buludların gözəl ağlığı ilə gözəl rəng harmoniyası. Bu inanılmaz hissdir. Həm onu ​​ilk gördüyün an, həm də Yerin əyriliyi” cavabını verib.

Maykkay: “Alper, orda işləməyə başlamısan?” sualını verəndə isə Gezeravci deyib:

“Bəli, artıq başlamışıq. Biz artıq hazırlaşmışdıq”.

Gezeravcı gəmiyə hansı şəxsi əşyaları apardığı soruşulanda isə belə deyib:

“Türk köçəri mədəniyyətinin bəzi simvollarını gətirmişəm. Bir neçə ailə fotoşəkili və ilk donanmamın uçuş yastıqları. Bunlar gətirdiyim əşyalardır. Məni bura gətirən isə bayrağımdır”.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …