Bazar , Noyabr 29 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı molla rejimin edamları ilə bağlı bəyanat yaydı

GADTB: Beynəlxalq Əfv Təşkilatı etiraz aksiyalarında həbs edilən siyasi məhbusların edam edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda 2022-ci ilin sentyabr ayından başlayan aksiyalarda saxlanılan Məhəmməd Qubadlu və Fərhad Səliminin edamı pislənilib və bu İran hökumətinin cinayət törətmək əməli kimi qiymətləndirilib.

Siyasi məhbusların edam edilməsi İran hakimiyyətinin qəddar səltənətinin yeni barbarlıq nümunəsi adlandırılıb.

“Məhkəmə orqanları gizli şəkildə hüquqi prosedurlardan yan keçərək humanizmin və qanunun aliliyinin təməl prinsiplərini açıq şəkildə pozublar”,- bəyanatda bildirilib.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …