
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi sənətçi və azərbaycanlı fəal Mürtəza Pərvinin başladığı aclıq aksiyası dördüncü günə keçib.
Azərbaycan Milli Hərəkatının fəalı və rəssam Mürtəza Pərvin qanunsuz saxlanılması vərejimin məmurlarının ona təzyiqinə etiraz olaraq Tehranın Evin zindanının 209-cu bölməsində başladığı aclıq aksiyası 4-cü günə keçib.
Azərbaycanlı fəal fevralın 23-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq belində kəskin ağrıların və cismi vəqiyyətinin ağır olduğunu bildirmişdir.
O demişdi: “Mənə hakimiyyətə qarşı əlbir olma və toplaşma ittihamı vurulub. Məni heç bir əlaqədə və eyni ideyalarda olmadığım şəxəslərə bağlamaq istəyirlər.
İndiyədək ifadə verməmişəm və verməyəcəyəm də. Müstəntiqlər deyirlər ki, hazırladıqları ifadə vərəqlərini imzala. Mən isə nacaq hakimin qarşısında danışmaq istəyirəm.
Bu qanunsuz hərəkətlərə etiraz olaraq sabhdan aclıq aksiyasına başalyacağam”.
Həmçinin molla rejimin həbs etdiyi çox sayda azərbaycanlı fəalın vəziyyəti barədə də heç bir məlumat verilmir.
Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.
Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.
İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.
Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.
Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi