Bazar ertəsi , May 20 2024
azfa

Ərdəbil rəssamları simvolik qraffitlə azərbaycanlı sənətçinin həbsinə etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup Ərdəbil rəssamları simvolik qraffitlə azərbaycanlı sənətçinin həbsinə etiraz etdilər.

Güney Azərbaycanda bir qrup azərbaycanlı fəal və rəssam molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi və fəal Murtaza Pərvinin Tehrandakı Evin zindanından azadlığa buraxılmasını tələb ediblər.

Azərbaycanlı milli fəallar habelə divara “Murtaza Pərvin” həştəqini yazıblar. Azərbaycanlı fəallar ictimai yerlərə ağ dairə simvolunu çəkməklə rejimin azərbaycanlı sənətçi və fəalın həbs edilməsinə etiraz ediblər.

Qeyd edək ki, Murtaza Pərvin Evin həbsxanasında bir həftədi aclıq aksiyası keçirir.

Həmçinin yoxlayın

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …

Molla rejimi helikopter qəzasına görə azərbaycanlı gənci həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi helikopter qəzasına görə azərbaycanlı gənci …