Bazar , Sentyabr 20 2026
azfa

İranda insan haqları üzrə BMT-nin xüsusi məruzəçisi hesabat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda insan haqları üzrə BMT-nin xüsusi məruzəçisi Cavid Rahman BMT-nin İnsan Haqları Şurasının 55-ci iclasına İran barədə hazırladığı hesabatda İranda qeyri-fars xalqlarına qarşı siyasətini hələ də davam etdiyi bildirilib.  

42 səhifəlik hesabatda İranda qeyri-fars millətlərin hüquqlarının və dini azlıqların, ötən illərdəki kimi pozulduğu və etniklərə qarşı ayrı seçkilik siyasətlətinin yürüdüldüyü və hələ də davam etdiyi vurğulanıb.

Hesabata əsasən İranda 2023-cü il üzrə edam qərarı və icrası artaraq azı 834 nəfər edma olunub və ötən ildəki ilə müqayisədə 43 faiz artıb.

Məruzəçi 2009, 2019 və 2022-ci illərdəki etiraz hərəkatlarına toxunaraq sivil aksiyaçıların özbaşına saxlanıldıqlarını, yox edilmələri, tələskən edam olunduqları və onlar barədə ədalətli məhkəmə prosesinin keçirilmədiyini bildirib.

Həmçinin əcnəbi vətəndaşlaırın və ikili vətəndaşlığı olan iranlıların saxlanılmaları və onlardan 8 nəfərinin 2023-cü ildə azad olunduqları bildirilib.

İranda insan haqları üzrə BMT-nin xüsusi məruzəçisi Cavid Rahman həmçinin bu tərz hərəkətin hakimiyyət tərəfindən davam etdiyini deyərək belə bir prosesin dayandırılması və sair məhbusların azad olunmalarını istəyib.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …