Güney Azərbaycanda insan haqları ilə bağlı Cenevrədə aksiya keçirdi

GADTB: Martın 18-də BMT-nin İnsan Haqları Şurasının Cenevrədəki qərargahı qarşısında bir qrup Güney Azərbaycandan olan hüquq müdafiəçisi aksiya keçirib.

Azərbaycan İnsan Haqları Cəmiyyəti – ƏRK-in yaydığı məlumata görə, Aksiyada İran hökumətinin repressiyalarına etiraz edilib, Güney Azərbaycanda həbs olunan milli-mədəni fəalların azadlığı istənilib.

Qeyd edək ki, aksiya BMT İnsan Haqları Şurasının İranla bağlı Faktaraşdırıcı Komitəsinin iclasından sonra baş tutub.

İclasda İran hökumətinin etirazçılara qarşı repressiyalarının bir sıra hallarda bəşəriyyətə qarşı cinayət səviyyəsinə çatdığı bildirilib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …