ABŞ SEPAH-a bağlı bir neçə təchizat şəbəkəsinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) dünən İranın ballistik, nüvə və raket proqramlarını dəstəkləyən Türkiyə, Oman və Almaniyada yerləşən üç satınalma şəbəkəsinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi bu şəbəkələrin karbon lifi, epoksi qatranı və SEPAH-ı raket proqramında istifadə oluna biləcək digər materialları təmin etdiyini bildirib.

Onların, habelə İranın Atom Enerjisi Təşkilatına bağlı olan “Iran Centrifuge Technology” (TESA) şirkəti ilə əlaqələrinin olduğu qeyd edilib./ Azad İran

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …