Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı həbs və şallaq cəzasına məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Vərziğanda yaşayan azərbaycanlı milli fəal İsmayıl Əhmədi Bəkrabad 9 ay həbs və 70 şallaq cəzasına məhkum edilib.

Azərbaycanlı fəal dünən özünün “İnstaqram” hesabında bu barədə paylaşım edərək, bildirib ki, onun həbs və şallaq cəzası Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 32-ci bölməsi tərəfindən qüvvədə saxlanılıb.

Qeyd edək ki, molla rejimi İsmayıl Əhmədini “İslam müqəddəslərini təhqir etmək”, “insanları daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törəyməyə sövq etmək”, “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq”, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …