Şənbə , Sentyabr 12 2026
azfa

Molla rejimi Traxtur komandasının 3 tərəfdarını cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Traxtur komandasının 3 tərəfdarını cəzalandırıb.

Təbrizin Səhənd stadionunda Azərbaycanın “Traxtur” və Tehranın “Havadar” futbol komandalarının oyunundan sonra stadiondan çıxarkən molla rejimin məmurları tərəfindən tutulan azərbaycanlı gənc fəallar barədə şərti həbs qərarı çıxarılıb.

Azərbaycanlı gənclər Səməd Heydəri, Əmin Tağızadə və Hadı Gözəliyə açılmış iş üzrə yekun istintaq aprelin 18-də keçirilib. Təbrizdə rejimi Prokurorluğunun 15-ci İstintaq şöbəsində keçirilmiş iclasda onların hər birinə 1 il şərti həbs cəzası verilib.

Azərbaycanlı gənc fəallar həmin müddətdə qanun pozuntusuna yol verdikləri halda çıxarılmış həbs müddəti icra ediləcək. Azərbaycanlı futbol tərəfdarları qərara qarşı vəsatət qaldırıblar və etirazlarına cavab verilməsini gözləyirlər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …