Cümə , İyul 31 2026
azfa

Quşaçayda Barı Neft-Kimya Zavodu bölgədə insanların həyatı üçün təhlükə yaradır

GADTB: Qərbi Azərbaycan əyalətinin Quşaçay (Miandoab) bölgəsində Baruq Neft-Kimya Zavodu ətrafdakı əkin sahələrini çirkləndirmiş və bölgə əhalisinin həyatını tənəffüs yolu xəstəliklərinə məruz qoymuşdur.

Qərbi Azərbaycanın Quşaçay (Miandoab) şəhəri, Barı (Baruq) hissəsində və Səttarxan şossesində yerləşən Baruq Neft-Kimya Zavodu bir neçə ildir ki, ətraf mühitin çirklənməsinə səbəb olaraq yerli sakinlərin həyatını təhlükəyə atıb, tənəffüs xəstəliklərinə səbəb olur.

2019-cu ildə Baruq bölgəsində iş axtaran gənclərin işlə təmin olunması məqsədi ilə yaradılmış bu istehsalat bölməsi 4 il fəaliyyət göstərdikdən sonra nəinki bölgə gənclərini işlə təmin etməmiş, həm də ətraf mühiti çirkləndirmişdir.

Baruq sakinlərindən birinin dediyinə görə, Baruq Neft-Kimya Zavodunun müdirləri məşğulluq, işsizliyi azaltmaq və əyalətə gəlir gətirmək məqsədi ilə rayon əhalisinin kənd təsərrüfatı torpaqlarını cüzi bir məbləğə alıb və neft-kimya zavodunun tikintisinə başlayıblar. Hətta bəzi kənd təsərrüfatı torpaqlarını da zorla almışdılar. Bu bölmənin əməkdaşlarının və mühafizəçilərinin əksəriyyəti yerli olmayan insanlardır. İndi nəinki gənclərə iş yeri yoxdur, hətta bu bölmə bütün Baruq ərazisini və kənd təsərrüfatı sahələrini çirkləndirib.

https://t.me/GADTB1/34857

Həmçinin yoxlayın

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq edib

GADTB: ABŞ Xəzinədarlıq Departamenti İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə ABŞ …

Qərbi Azərbaycanda kürd terrorizminin tarixi saxtalaşdırma iddiaları və vilayət rəsmilərinin susqunluğu

GADTB: Qərbi Azərbaycan vilayətində terrorizmi dəstəkləyən qruplar Urmiyanın Bozlusinə turizm bölgəsində yeni lövhə quraşdıraraq ərazinin …