Bazar , Sentyabr 20 2026
azfa

Ermənistan İranla münasibətləri üçün yeni magistral yol çəkir

GADTB: “Tasnim News” Ermənistanın “Massis Post” qəzetinə istinadən xəbər verir ki, Ermənistan hökuməti İran sərhədinə doğru yeni avtomobil yolunun 24 kilometrlik hissəsinin tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 254 milyon dollar borc almağı planlaşdırdığını bildirib.

Məlumata görə, 60 kilometrlik yol cənubda, İranla həmsərhəd olan Sünik əyalətində tikiləcək. Bu magistral yol Sisian və Qacaran şəhərlərini çox daha qısa marşrutla birləşdirərək, iki ölkə arasında gediş-gəliş müddətini də qısaldacaq.

Bildirilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşəcək bu yolun cənub hissəsində işlər 2032-ci ildə yekunlaşacaq. Ermənistan hökuməti 9 kilometrlik tunelin də daxil olduğu bu yolun digər iki hissəsinin tikintisinin başlanma tarixini açıqlamayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında iki ölkə arasında Qacaran dağ keçidinə qədər uzanan yolun bərpası üçün 215 milyonluq müqavilə imzalanıb./ Azad İran

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …