Molla rejimi Təbrizdə azərbaycanlı milli fəalın atasını həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə azərbaycanlı milli fəalın atasını həbs edib.

Mayın 13-də rejimin ETTELAAT məmurları Təbrizdə yaşayan azərbaycanlı milli fəalın atası Cəbrayıl Pakruhu həbs edərək naməlum yerə aparıblar.

Heç bir məhkəmə hökmü olmadan məmurlar Pakruhun şəxsi mənzilinə hücum edib və onu yaxalayaraq, özləri ilə aparıblar.

Cəbrayıl Pakruhun övladları bununla bağlı aidiyyəti dövlər qurumlarına müraciət etdiklərini, ancaq atalarının harada və hansı ittihama görə həbs edildiyi barədə məlumat ala bilmədiklərini deyiblər.

Onlar atalarının yaşlı olduğu və bir neçə xəstəlikdən əziyyət çəkdiyi üçün həyatının təhlükədə olduğu barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, bundan əvvəl də Cəbrayıl Pakruh milli fəallardan olan oğlu Fərhad Pakruhun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalara görə incidilib.

O, təhlükəsizlik idarəsinə çağırılıb, saatlarla dindirilib və bir neçə günlüyünə həbsdə saxlanılıb. Ondan sosial mediada etdiyi paylaşımları silməyi tələb olunub.

Bundan əvvəl Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Pakrouhun atası Cəbrayıl Pakrouh fars dilində bir videoda özünün, qardaşı və oğlunun vəziyyətini açıqlamışdı.

Həmçinin o, qardaşı və oğlu ilə birlikdə döyülməsi barədə məlumat vermişdi.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …