Bazar , Sentyabr 20 2026
azfa

Tehran sakini azərbaycanlı sosial media fəalı həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Ərdəbl şəhərindən olan və Tehranda yaşayan sosial media fəalı Hüseyn Şənbəzadəni həbs ediblər.

Ərdəbildə həbs edilən fəal naməlum yerə aparılıb.

Fəalın qardaşı Həsən Şənbəzadə bununla bağlı məlumat yayaraq bildirib: “Qardaşım qısa telefon əlaqəsi zamanı həbs olunduğunu desə də, harada saxlanıldığını bildirə bilməyib”.

Azərbaycanlı fəalım həbs səbəbi barədə məlumat verilməsə də, Şəmbəzadənin sosial mediadakı paylaşımlarına görə saxlanıldığı ehtimal olunur.

Ərdəbildən olan azərbaycanlı fəal bundan əvvəl də, sosial mediadakı paylaşımlarına görə həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti zaminə buraxılmışdı.

Hüseyn Şənbəzadə bundan öncə yaxalananda “hökumətə qarşı təbliğat” və “rəhbəri təhqir etmək”də ittiham edilmişdi.

Həmçinin yoxlayın

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …