Bazar , Sentyabr 20 2026
azfa

Hakan Fidan Sincan-Uyğur (Şərqi Türküstan) bölgəsinə səfər edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə xarici işlər naziri Hakan Fidan Çinə üç günlük səfər edib.

Fidan səfər çərçivəsində Sincan-Uyğur Muxtar Bölgəsinin (Şərqi Türküstan) paytaxtı Urumçi şəhərindəki Yanhang məscidi və Beynəlxalq Böyük Bazarı ziyarət edib.

Qeyd edək ki, Hakan Fidan dünən verdiyi açıqlamada Urumçi və Kaşğarın Çin mədəniyyətinə böyük töhfələr verən qədim türk-müsəlman şəhərləri olduğunu vurğulayıb.

Səfər 2012-ci ildən bəri Türkiyədən bölgəyə edilən ən yüksək səviyyəli səfərdir.

Qeyd edək ki, Şərqi Türküstanı işğalda saxlayan Çin dövləti uyğur türklərinə qarşı soyqırım törədib və çox sayda uyğur türkünü də həbs edib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …