Cümə , İyun 26 2026
azfa

Azərbaycanın baş naziri Şimali Kiprin məclis sədri ilə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Görüşdə TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar iclasının əhəmiyyəti vurğulanıb.

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …