Bazar , Noyabr 29 2026
azfa

Ermənistan bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olacağını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan tərəfi yaxın bir ay ərzində Azərbaycanla sülh müqaviləsi layihəsi və onun imzalanması üzərində intensiv işləməyə hazırdır.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün yetərincə yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …