Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi Təbriz Universitetinin öyrəncisi Ehsan Fəridini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin öyrəncisi Ehsan Fəridini mayın 19-da həbs edib.

21 yaşlı gənc Təbriz şəhərində rejimin Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb.

Ehsan Fəridi Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsidir.

Qeyd edək ki, Ehsan Fəridi ETTELAAT qüvvələri tərəfindən bundan əvvəl martın 8-də həbs edib, 10 gün dindirdikdən sonra zaminə buraxılmışdır.

Azərbaycanlı öyrəncinin hələlik həbs səbəbi barədə açıqlama verilməyib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …