Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Şərifə Məhəmmədinin anası: “Uşağımı yeddi aydır görmürəm”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi əmək fəalı Şərifə Məhəmmədinin anası bazar ertəsi sosial şəbəkədə video yayımlayıb. O deyib: “Qızımı yeddi aya yaxındır ki, aparıblar və ondan mənə heç bir xəbər vermirlər”.

Fəalın anası hakimiyyət nümayəndələrinə müraciət edərək deyib: “Qızım Şərifənin günahı nədir, deyin! Onu həbsdə saxlamaq istəyirsiniz? Onu ev, ailə, uşaqları və əri gözləyir”.

Qeyd edək ki, Şərifə Məhəmmədi keçən il dekabrın 5-də həbs olunub və iyunun 10-da Rəştdə məhkəməsi keçirilib. O, siyasi təşkilatla əlaqədə olmaqda ittiham edilib.

Video:

https://t.me/GADTB1/35854

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …