Şənbə , Sentyabr 19 2026
azfa

İrqçi fars-molla rejimi azərbaycanlı fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmmədrza (Araz) Əmani Nadarlını həbsə məhkum edib.

Dünən molla rejimin Şəbüstərdəki İnqilab Məhkəməsi azərbaycanlı fəalı 3 ay bir gün müddətinə həbs cəzasına məhkum edib.

Molla rejimin məhkəməsi azərbaycanlı milli fəalı şərləyərək, onu “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Nadarlı kəndində evindən çıxarkən mayın 23-də İran ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. İyunun 10-da isə Təbrizin mərkəzi həbsxanasından zaminə buraxılıb.

Araz Əmani Nadarlı kəndində anadan olub, Pəyamnur Universitetinin psixologiya fakültəsini bitirib. Həm də o, Şebastar şəhərindəki “Mişo Qartalları” rəqs qrupunun rəhbəridir.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …