Şənbə , Sentyabr 19 2026
azfa

Türkiyə himni səsləndirilərkən efirə verilməyən “Bozqurd” görüntüsü – Video

GADTB: Avro-2024-ün dünən keçirilən Niderland – Türkiyə oyunu zamanı maraqlı hadisə yaşanıb.

Türkiyə Cümhuriyyətinin dövlət himnini tribunadakı minlərlə türk tərəfdar “Bozqurd” işarəsi göstərməklə oxuyub. Bununla onlar həm də millinin futbolçusu Merih Demirala UEFA tərəfindən verilmiş cəzaya etiraz ediblər.

Məlum olduğu kimi, Avstriya ilə 1/8 final oyununda 2 qol vuran Merih “Bozqurd” işarəsi göstərdiyinə görə 2 oyunluq cəzalanmış və Niderlandla vacib matçı buraxmaq məcburiyyətində qalmışdı. Qeyd edək ki, Türkiyə himni çalınarkən TV yayımının alman rejissorları tərəfdarları yaxın planda göstərməyiblər. Həmin görüntülər yalnız sonradan tərəfdarların özləri tərəfindən sosial mediada paylaşılıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …