Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Abbas Lasani milli fəalların millətimizi ayıtmalı olduğuna təkid edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, tanınmış azərbaycanlı fəal Abbas Lisani azərbaycanlı milli-mədəni fəallarla görüşündə Güney Azərbaycanda milli hərəkatdakı mövcud vəziyyət barədə danışaraq, Azərbaycan Milli Hərəkatında meydan fəaliyyətinin əhəmiyyətindən və bu məsələnin azərbaycanlıların milli şüurunun artmasına təsirindən danışıb.

Lisani milli-mədəni fəalların müxtəlif aksiyalarını, o cümlədən, divarlara milli şüarların yazılmasını, mədəni tədbirlərin keçirilməsini, müxtəlif yazılı vərəqə və gecə büllettenlərinin yayılmasını, Babək Qalası Yürüşü və 2066-cı ilin may ayında baş verən və milli dirçəlişə səbəb olan hadisələrə zəmin yaratdığını bildirib.

ABBAS Lisani deyib: “Bizim milyard büdcəli mediamız olmayıb, indi də yoxdur. Amma biz öz gücümüzə güvənərək çoxsaylı mərasimlər və hərəkətlər təşkil edə bildik. Azərbaycan gəncliyi anladı ki, milli fəal milləti milli özünüdərkə çatdırmalıdır”.

Görüşdə iştirak edən azərbaycanlı siyasi Əsgər Əkbərzadə və Əkbər Nəimi də mövcud vəziyyətlə bağlı fikirlərini bildirib, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …