Cümə axşamı , Dekabr 2 2021
azfa

Abbas Lisani müalicəvi məzuniyyətdən sonra Ərdəbil zindanına qayıtdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani bu gün günorta saatlarında yenidən rejimin Ərdəbildəki zindanına qayıdıb.

A.Lisani avqustun 31-də 800 milyon tümənlik girov qarşılığında 4 günlük müalicəvi məzuniyyətə buraxılmışdı.

azərbaycanlı siyasi məhbusun ailə üzvlərinin verdiyi məlumata görə, onun vəklii məhkəmə orqanlarına müraciət hazırlamışdı.

Müraciətdə Cinayət Prosessual Məcəlləsinin 477-ci maddəsinə əsasən siyasi məhbusun məhkəmə işinə yenidən baxılması tələb edilmişdi.

Rejimin məhkəmə rəsmilərinin azərbaycanlı fəalın məhkəmə işinin tezliklə Tehrana göndəriləcəyini bildirmişdilər.

Avqustun 11-də Lisaninin ailə üzvlərinin yenidən Ərdəbil Məhkəməsinə müraciətindən sonra bəlli olub ki, onun məhkəmə işi Tehrana göndərilib.

Məhkəmə əməkdaşları bildiriblər ki, Abbas Lisaninin məhkəmə işi BMT-nin İnsan Haqları Şurasının tələbi əsasında Tehrana göndərilib və bundan sonra iş İran Məhkəmə Sisteminin Xarici İnsan Haqları Bölməsi vasitəsilə BMT-nin İnsan Haqları Şurasına veriləcək.

Bundan öncə “Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti məsələ ilə bağlı hesabat yayınlayıb.

Sənəddə qeyd olunur ki, 12 iyun-9 iyul tarixləri arasında keçirilən İnsan Haqları Şurasının 47-ci toplantısında insan haqları fəalları BMT-nin İranda insan haqlarının vəziyyəti ilə bağlı hesabatını müzakirə edlmişdi. Bununla əlaqədar İran hökumətindən izahat tələb olunmuşdu.

Abbas Lisaninin məhkəmə işinin İnsan Haqları Şurasına göndərilməsi İnsan Haqları Şurasının qeyd olunan izahat tələbi ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra fəalın rejimin təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi, oradan isə rejimin Ərdəbildəki Mərkəzi Zindanına köçürüldüyü məlum olmuşdur.

Daha sonra rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi gözlənilməz şəkildə fəalı iddianamədə irəli sürülən ittihamlara görə deyil, onu şərləyərək “qanunsuz qrup yaratmaq və onu idarə etmək”də günahlandıraraq 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilmişdi.

Daha sonra isə irqçi fars rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırmışdı.

Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …