Bazar , Noyabr 29 2026
azfa

Azərbaycanın xüsusi təyinatlıları çətin dağlıq ərazilərdə təlim keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində “Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kiçik komandirlərin idarəetmə bacarığının artırılması, hücum edən və dəstəkləyən bölmələrlə qarşılıqlı əlaqə suallarının işlənilməsi üzrə keçirilən məşğələdə əsas diqqət 44 günlük Vətən müharibəsində qazanılan təcrübəyə və icra edilən müxtəlif atəş tapşırıqlarının həllinə yönəldilib.

Müxtəlif texniki vasitələrdən və pilotsuz uçuş aparatlarından istifadə edərək vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən mövqeyi qiymətləndirilir, qəbul edilmiş qərara uyğun olaraq hər bir xüsusi təyinatlıya yerinə yetirəcəyi tapşırıqlar verilir.

Xüsusi təyinatlı qrup ərazinin çətin keçiləbilən relyefindən istifadə edərək düşmənin mühəndis cəhətdən hazırlıqlı mövqeyinə koordinasiyalı irəliləmə ilə gizli şəkildə yaxınlaşır.

Qarşılıqlı fəaliyyətdə olan atəş dəstək qrupunun düşmən mövqeyinə açdığı atəşlərdən yararlanan xüsusi təyinatlılar qrupda mövcud olan silah nümunələrinin sərrast atəşi ilə düşmənin canlı qüvvəsini məhv edərək hakim yüksəkliyi ələ keçirirlər.

Hakim yüksəklikdə mövqelənən xüsusi təyinatlı qruplar düşmənin əks-hücumunu əngəlləmək və digər qruplarımızın təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədilə tədbirlər görürlər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …