Cümə axşamı , Aprel 18 2024
azfa

Abbas Lisani müalicə üçün qısa müddətli məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani avqustun 30-u, axşam saatlarında Ərdəbil zindanından müalicə məqsədilə 800 milyon tümənllik girov qarşılığında 4 günlük məzuniyyətə buraxılıb.

Abbas Lisaninin ailə üzvlərinin verdiyi məlumata görə, avqustun 11-də azərbaycanlı siyasi məhbusun vəkili bununla bağlı məhkəmə orqanlarına müraciət hazırlamışdı.

Müraciətdə Cinayət Prosessual Məcəlləsinin 477-ci maddəsinə əsasən azərbaycanlı siyasi məhbusun məhkəmə işinə yenidən baxılması tələb edilmişdi.

Məlumata görə məsul şəxslər azərbaycanlı siyasi məhbusun məhkəmə işini tezliklə Tehrana göndəriləcəklərini bildiriblər. Artıq dosyenin Tehrana göndərildiyi bildirilir.

Məhkəmə əməkdaşları bildiriblər ki, Abbas Lisaninin məhkəmə işi BMT-nin İnsan Haqları Şurasının tələbi əsasında Tehrana göndərilib və bundan sonra iş İran Məhkəmə Sisteminin Xarici İnsan Haqları Bölməsi vasitəsilə BMT-nin İnsan Haqları Şurasına veriləcək.

Bundan öncə “Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti məsələ ilə bağlı hesabat yayınlayıb.

Sənəddə qeyd olunur ki, 12 iyun-9 iyul tarixləri arasında keçirilən İnsan Haqları Şurasının 47-ci toplantısında insan haqları fəalları BMT-nin İranda insan haqlarının vəziyyəti ilə bağlı hesabatını müzakirə edlmişdi. Bununla əlaqədar İran hökumətindən izahat tələb olunmuşdu.

Abbas Lisaninin məhkəmə işinin İnsan Haqları Şurasına göndərilməsi İnsan Haqları Şurasının qeyd olunan izahat tələbi ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra fəalın rejimin təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi, oradan isə rejimin Ərdəbildəki Mərkəzi Zindanına köçürüldüyü məlum olmuşdur.

Daha sonra rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi gözlənilməz şəkildə fəalı iddianamədə irəli sürülən ittihamlara görə deyil, onu şərləyərək “qanunsuz qrup yaratmaq və onu idarə etmək”də günahlandıraraq 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilmişdi.

Daha sonra isə irqçi fars rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırmışdı.

Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırmışdı.

Həmçinin yoxlayın

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …