Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Hay və Ərmən kimlərdir???

GADTB: …e.ə.V əsrdə Heredotun verdiyi sıralama.

Subarlardan batıda və güneydə Qamər boylarının yerləşməsi məlumdur. Van gölü ilə Qamər bəyliyi arasında subar boylarının bir qolu olan ERMƏN boyu yaşayırdı. Selevki çağında da burada Ərmən canişinliyi vardı. Atropatın vaxtında Azərbiqan elinin qonşusu sayılan ƏRMƏN bölgəsi yalnız e.ə.II əsrin əvvəlində Ərtaşesin səyilə müstəqil dövlətə çevrildi.

Göründüyü kimi Doğu Anadoluda ortaya çıxan Ərməniyyə bölgəsinə hayların gəlib “erməniləşməsi” olayına qədər burada “hay” izindən daha çox başqa xalqların ,o cümlədən türklərin izi vardır və təsadüfi deyildir ki, 1071 ci ildə Malazgirt savaşında yunanlar tərəfində olan yerli xristian türkləri çoxu savaş başlayanda Arparslanın tərəfinə keçdi.Maraqlıdır ki, VI əsrdə Ərməniyyənin iç bölgələrində də türk adları qalmışdı.

Hayların başlanmış erməniləşmə prosesi xristianlığın yayıldığı çağlarda intensivləşdi. Belə ki,Alban türklərinin ardınca Erməniyyə türklərinin xristianlığı qəbul etməsi ilə ERMƏN etnonimi əlavə “xristian” anlamı da qazandı. Zatən Ermən bölgəsinə gəlib yerləşən haylar qonşularının gözündə erməniyəli idi və xristianlaşmış haylara ERMƏNİ (xristian) deyilməsi təbii idi. Lakin hay qaynaqlarının özü hələ bir neçə əsr ERMƏN ilə Hayk toponimlərini ayri- ayri ölkə kimi verirdi. Akadenik Q.Kapansyan hayların etməniləşmə tarixini bir necə əsr qədimə çəksə də ,onun bu fikri ilə razılaşmaq olar ki,öz dilinə və mədəniyyətinə görə Ərməniyyə ölkəsinin xalqı hurri-subar (türk) boylarına aid idi. Haylar isə tarixi Urartunu etnik- mədəni və siyasi cəhətdən mənimsəmiş və yerli əhali ilə davam edən qovuşma bir-iki

 əsrdən sonra başa çatmışdır.

Beləliklə ,Azərbiqanın batı qonşuluğunda olan Ərməniyyə ölkədinin yerli əhalisi türklər və Urartu çağından qalma qafüaxdilli boylar idi. Bura sonradan gələn haylar yerli Ərmən türkləri kimi xristianlaşıb “erməni” oldular. Bu baxımdan qədim ərmən tarixi ilə sonrakı hay- ərmən  tarixini ayırmayan uzmanlar, özəlliklə qədim hay tarixçiləri gerçək durumu təhrif etmiş və din (kilsə ) tarixini xalqın tarixi kimi qələmə almışlar.

Əvvəllər kiçik ölkə olan Ərməniyyəni öncə perslərə,sonra makedoniyalılara və Selevkilərə tabe olduğunu deyən Strabon yazır:

《Sonra romalılarla döyüşən Böyük Antioxun strateqləri Ərtaksi və Zariadri ölkəni iki hissəyə ayırdı.Çarın təyinatı ilə ölkəni idarə etdilər. Çar məğlub olduqdan sonra özlərini çar elan edib müstəqil oldular.Ərtaksinin xələfi Tiqran sözün əsl mənasında Ərməniyyənin hakimi oldu”

Hayların “erməniləşməsi “xristianlaşma olayı idisə,İslamdan sonra bəzi xristian türklərin(ərmən, alban) kilsə yolu ilə “haylaşması” etnik aşılanma idi… .》

Doqquz Bitik, III hissə,

Firudin Cəlilov,

Tarxçi Alim.

Həmçinin yoxlayın

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …